Azərbaycanda ŞOK: Taksi ilə bir bacını qaçırdı, o biri bacını maşına mindirə bilmədi - VİDEO

Tovuzda 10 yaşlı Quliyeva Nərmin Şərif qızı 5 gün əvvəl əmisinin evindən çıxarkən yoxa çıxıb.

Metbuat.az xəbər verir ki, məktəbli qız saat 3-4 radələrində atasının gödəkçəsini əmisigildən götürüb evə qayıdarkən itib.

Nərminin kəndə gələn sarı taksi ilə qaçırıldığı ehtimal edilir.
Çünki Nərminin bacısının sözlərinə görə, sarı taksinin sürücüsü onu da maşına mindirmək istəyib. Lakin qız onu tanımadığından qorxub və taksiyə minməyib.

İtkin düşən Nərminin anası "Səni axtarıram" proqramına gələrək qızının axtarılmasını xahiş edib.


(baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR