Yurçeviç qızını ərə verir - Tezliklə baba olacaq

Yurçeviç qızını ərə verir - Tezliklə baba olacaq
19:17 25 Noyabr 2019
124 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin qızı Lana Yurçeviç ərə gedir.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, o, bir müddətdir sevgili olduğu Makedoniya yığmasının sabiq üzü, hazırda Kiprin "Enosis Neon Paralimni" klubunda oynayan futbolçu Rista Riki Mitrevski ilə ailə həyatı qurur.

Artıq övlad gözləyən cütlüyün toy mərasimi dekabrın 27-də keçiriləcək. Toyun yeri isə hələ bilinmir.

Qeyd edək ki, Lana daha öncə "Atlantik Qrup"un baş direktoru və əsas sahibinin oğlu Emil Tedeski ilə münasibətdə olub. Ötən yay münasibətlərinə son qoyan cütlük bunun səbəbini açıqlamasa da, sonradan Yurçeviçin qızının 23 yaşlı Emildən xəyanətə görə ayrıldığı bəlli olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/805148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR