Şəmkir rayonunun Sabirkənd kəndi inkişaf edir

Şəmkir rayonunun Sabirkənd kəndi inkişaf edir
19:33 16 Yanvar 2015
394 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəmkir, 16 yanvar, AzərTAc
Şəmkir rayonunun digər yaşayış məntəqələri kimi, Sabirkənd kəndində də son illər həyata keçirilən tədbirlər əhalinin sosial-məişət şəraitinin yaxşılaşmasına səbəb olub.
AzərTAc xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında bu barədə ətraflı məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin kənd ərazi dairəsi üzrə nümayəndəsi İdris Əbdürrəhmanov keçən il görülən işləri diqqətə çatdıraraq bildirib ki, kəndin yolları qaydaya salınıb, məktəb binası təmir olunub, qaz, işıq və su problemi həll edilib. Tibb məntəqəsi əsaslı təmirdən sonra istifadəyə verilib. Əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan kənd sakinlərinin güzəranı xeyli dərəcədə yüksəlib. Bu yaxınlarda isə kənddə “Sabirkənd MMC” təsis edilib ki, bu da əhalinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının nəinki ölkə daxilində, eləcə də xaricdə satışına təminat yaradacaq.
Hesabat yığıncağında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək həyata və vəsiqə alan “Şəmkir Aqropark” layihəsinin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən danışıb.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR