"Messi və Ronaldo meydanda canavara bənzəyir"

"Messi və Ronaldo meydanda canavara bənzəyir"
22:27 25 Noyabr 2019
120 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin və "Yuventus"un futbolçusu Paulo Dibala iki komanda yoldaşı - Lionel Messi və Kriştiano Ronaldo haqda danışıb.

Milli.Az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, 26 yaşlı hücumçu hər iki oyunçuya böyük hörmət etdiyini deyib:
 
"Futboldan kənarda ikisi də sakitdir, amma meydanda canavara bənzəyirlər. Luis Skola  Messi və Ronaldonun meydana ən yaxşı olduqlarına əmin şəkildə çıxdığını və buna görə də ən yaxşılar sırasında yer aldığını söyləmişdi. Onun bu fikrinə qatılıram. Dostlarım mən həm millidə, həm də klubda ən güclülərlə oynadığımı xatırladıb şanslı olduğumu  söyləyirlər. Bu, mənim üçün bir üstündür. Ən yaxşılarda oynamağı kim istəməz ki?".

Qeyd edək ki, Messi Dibalanın Argentina millisindəki, Ronaldo isə "Yuventus"dakı komanda yoldaşıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/805190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR