Ölümə səbəb olan qida zəhərlənməsi Botulizm - İlk və təcili yardım necə olmalıdır?

Ölümə səbəb olan qida zəhərlənməsi Botulizm - İlk və təcili yardım necə olmalıdır?
23:27 25 Noyabr 2019
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Botulizm qida və ya hər hansı toksiki maddədən orqanizmdə sinir sistemini iflic edib, insanı ölümə aparan ən ağır zəhərlənmədir.

Xüsusən balıq, köhnə qida, göbələk, zəhərli meyvə, giləmeyvədən baş verir. 

Milli.Az medicina.az-a istinadən botulizm zamanı evdə ilk yardımı təqdim edir. Eləcə də hansı hallarda təcili yardım xəstəni klinikaya aparmalıdır?

Botulizm daha çox balıq konservi, kolbasa, eləcə də evdə hazırlanan konserv, turşu və şorabalardan baş verir. 

Banka, balonların qapağının az da olsa boşalması, hermetikliyinin pozulması, o məhsul atılmalıdır. 

Botulizmi yaradan toksin təbiətdə ən davamllsıdır, hətta 15 dəqiqə qaynar suda qaynansa belə ölmür. Ölümcül dozası isə 8 mikroqramdır. 

Botulizmin əlamətləri:

-Əgər konservləşdirilmiş məhsul yedikdən sonra qarında ağrı, sancı, ürəkbulanma, halsızlıq, qusma baş verdisə, bu artıq təcili yardım çağırmağa əsasdır. 
-Botulizm təkcə mədə-bağırsağı yox, sinir sistemini də zədələyir: görmədə ikiləşmə, dilin keyiməsi, nəfəsalmada çətinlik, əl-ayaq hərəkətlərində sistemsizlik

İflic getdikcə qırtlaq, nəfəs borusu, tənəffüs sistemini əhatə edir. Əgər xəstə ilk 3 saat ərzində xəstəxanaya çatdırılmasa, ölüm baş verir.

İlk yardım:

Mədə yuyulmalıdır. Xəstə qusmaya məcbur edilir. Mədə yumaq üçün 2 litr ilıq suya 1 xörək qaşığı duz və ya soda qatılıb qarışdırılır və içizdirilir. Sonra çay qaşığı ilə dil basılır, qusma yaradılır.

Toksini neytrallaşdırmaq üçün adsorbizə edici preparat qəbul olunmalıdır. Bunlardan ən sadəsi aktivləşdirilmiş qara kömürdür. Onu xəstənin bədən çəkisinə uyğun eyni vaxtda 4-7 ədədini qəbul edirlər.

Eləcə də daha müasir və tez təsir edən gel, maye formalı preparatlar var. Bunları aptekdən ala bilərsiz

Bədənin maye balansı tənzimlənir. Qarın işləyirsə, ishal və qusmadan sonra bədən susuzlaşır. Ona görə mütləq ilıq su içmək lazımdır. Bədəndə elektrolit balansını düzəltmək üçün aptekdən xüsusi toz halında preparat alınır. 

Bacardıqca ayaq üstə qalıb, gəzmək lazımdır. Alimlər bildirib ki, təhlükəli zəhərlənmə zamanı 90% hallarda o xəstələr sağ qalır ki, yatağa uzanmayıb, əksinə qaçıb və ya gəzib. 

Bağırsaq mikroflorası tənzimlənir - bunun üçün qatıq, kefir, probiotiklər qəbul edilir. 

Zəhərlənmədən sonrakı 2 sutkada yeməkdən uzaq durmaq lazımdır. 

Hansı hallarda təcili xəstəxanaya getməlisiz:

-Əgər göbələk, balıq, naməlum qida, kimyəvi maddə, konserv, kolbasa, meşə giləmeyvəsi yeyilibsə
-Xəstə hamilə, uşaq, yaşlı xəstədirsə

-1 sutka ərzində yaxşılaşma yoxdursa, qusma və ishal dayanmırsa
-Hərarət 37,5-dən aşağı düşmürsə

-Xəstə anlaqlı deyilsə, sərbəst gəzə bilmirsə, huşu gedirsə.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/805116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR