Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb

Bakıda 2 avtomobil toqquşub, sürücü xəsarət alıb
23:37 25 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonundakı Ukrayna dairəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1972-ci il təvəllüdlü Əmirzadə Vüqar Vahid oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin travması diaqnozu qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-2-avtomobil-toqqusub-surucu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR