Bu 4 qidadan imtina etdi, 5 ildir xəstəlik nədir bilmir - Sirrini bölüşdü

Bu 4 qidadan imtina etdi, 5 ildir xəstəlik nədir bilmir - Sirrini bölüşdü
23:47 25 Noyabr 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyalı bloger səhhətində baş verən qəribə dəyişikliklər, səbəbsiz qızdırma, gecələr titrətmə, eləcə də xroniki yorğunluqdan dərman müalicəsi alsa da, qidalanmasını dəyişib, eksperiment aparmaq qərarına gəlir. 

O, artıq 5 ildir ki, rasionundan cəmi 4 qidanı çıxarıb və bundan sonra orqanizmindəki dəyişiklikləri izləyib.

Milli.Az medicina.az-a istinadən həmin imtina olunan qidaları təqdim edir.

1.Çörək və ağ undan məmulatlar

Bizi uşaqlıqdan öyrədirlər ki, çörək ye ki, böyüyəsən. Ağ un ümumiyyətlə insana lazım deyil. Bu unda buğdadan əsər əlamət yoxdur. Çünki çox işlənib, təmizlənib. Ağ unda antinutrientlər çoxdur, onlar illərlə nazik bağırsağın divarını məhv edir. Ağ undan çörək və məmulatlar bağırsaqlarda vitamin, mineralların sovrulmasını pozur. Belə insanlarda qanazlığı olur. 

Əgər çörək istəyirsizsə, tam taxıl unundan özünüz bişirin, özü də mayasız.

2.Hazır ət məhsulları, yarımfabrikatlar, kolbasa 

Siz hələ də ucuz qiymətə kolbasa, sosis alıb yeyirsiz. Axı orda ət yoxdur. Olsa -olsa dəri, sümük, qığırdaqdır. Restoran və marketlərdə olan bütün hazır və yarımhazır, işlənmiş ət məhsulları minlərlə ton istehsal olunur. Onlara yüz minlərlə heyvan lazımdır. Sizcə bu qədər heyvanı onlar hardan alır? 
Ona görə marketdən tərkibində ət olan heç bir şey almıram.

3.Ağ şəkər, qənd və bunların qatıldığı qidalar

Siyahımızda ən zərərlisi elə budur. Leqal narkotikdir. Qənddən uzaq dura bilərsiz, amma ağ şəkər az qala hər qidada var. Biz gündə nə qədər şəkər qəbul etdimiyizin dəqiq miqdarını belə bilmirik. Gündəlik qəbul etdiyiniz məhsulların tərkibini bir daha oxuyun.

4.Rafinə olunmuş bitki yağları

Hazırda mağazalarda olan 90% bitki yağları rafinə olunub, yəni bu yağlarda olan Omeqa 6 turşusu qanda sənaye təsirli yağa çevrilib, xolesterin əmələ gətirir.

Nəticədə damarlar tıxanır, ürək xəstələnir, immunitet çökür. Rafinə edilməmiş bitki yağları alın.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/804911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR