Görüntülü danışdığınız adama toxuna biləcəksiniz - Şok yenilik

Görüntülü danışdığınız adama toxuna biləcəksiniz - Şok yenilik
08:37 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Virtual məkanda qarşınızdakı şəxs sizdən nə qədər uzaqda olursa olsun, artıq o adama toxuna biləcəksiniz.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Nortvestern Universitetinin biomühəndisi Con Rocers və komandası yeni, kabelsiz və batareyasız toxunma hissini virtual mühitə köçürən "ağıllı dəri" təqdim ediblər.

Elm dünyası illərdir virtual dünyaya hisslərimizi əlavə etmək üçün işlərini davam etdirir. Çox sayda "elektronik dəri" cihazı istehsal edilsə də, bu texnologiyalar həmişə kabelli elektrodlara bağlı olurdu. Sözügedən aparatlar sürətli reaksiya vermirdi və o qədər də effektli deyildi. Ancaq Con Rocersin cihazı daha sürətli və real hisslər yaşadır.

Virtual toxunuş yumşaq və elastik bir təchizata qoşulmuş, sürətli proqramlaşdırıla bilən miniatür titrəməli disk sayəsində reallaşır. Bu sistem sayəsində ağıllı dəri, bədənə sensorlar vasitəsilə məlumat girişini təmin edir. Beləcə özümüzü qarşı tərəfə toxunmuş kimi hiss edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR