"WhatsApp"da yeni funksiya yaradılacaq

"WhatsApp"da yeni funksiya yaradılacaq
08:52 26 Noyabr 2019
54 Digər
Ölkə mətbuatı
A- A+

"WhatsApp" istehsalçıları müəyyən vaxt sonra istifadəçinin mesajlarını avtomatik silməyə imkan yaradan yeni funksiyanı yoxlayırlar.
Bu barədə "Report" "WABetaInfo" portalına istinadən xəbər verir.
Bildirilir ki, mesajların silinməsi seçimi "Android" əməliyyat sistemi üçün "Beta messencer 2.19.348" versiyasında çıxıb. Bu funksiya qismən əvvəlki proqramın beta versiyası üzərində reallaşdırılıb.
"Messencer"in test versiyasında funksiyanı "Əlaqələr haqqında informasiya" proqramına və ya "Çatın qrup kökləmələri"nə daxil etmək olar.
Bu halda istifadəçi mesajın qalma müddətini müxtəlif - saat, gün, həftə, ay və il vaxtına əsasən seçə biləcək. Müəyəyən edilmiş müddətdən sonra mesaj avtomatik silinəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/whatsapp-da-yeni-funksiya-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR