Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar
08:57 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Amazon'un ilk sezonu ilə müsbət rəylər toplayan The Boys serialının 2-ci sezon çəkilişləri bir müddətdir ki, başlayıb. İlk sezonu ilə superqəhramanları fərqli rollarda göstərərək insanların həyatını əslində necə məhv etdiklərini ekranlaşdırmışdı. Serialda istifadə olunan musiqilər, nəhəng büdcəsi səbəbi ilə keyfiyyətli CGİ olması, kast seçiminin doğru olması və s. kimi faktorlar səbəbi ilə çox sevilən serialın 2-ci sezonu ilə bağlı bilinən bütün məlumatları topladıq.

The Boys serialının 2-ci sezonu ilk sezondan tam 1 il sonra yayımlanacaq. Yəni artıq 7-8 ay sonra 2-ci sezon çıxmış olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, 2-ci sezon ilə qan,şiddət, keyfiyyətli CGİ və möhtəşəm aktyorluqlar davam edəcək. İkinci sezonun çəkilişləri başlasa da hələki fraqman və ya tanıtım videosu yoxdu. Anlaşılan bir müddət gözləməli olacıq. Həmçinin serialda The Butcher obrazını canlandıran Karl Urban verdiyi reportajlarda 2020-nin ortalarında serialın çıxacağını vurğulayıb. Serialda iştirak edən aktyorlardan bilinən məlumatlara əsasən heç kim ayrılmayıb.

Deadline yayımladığı məlumatlara əsasən Goran Visnijc'in canlandıracağı Alistair Adana adlı təriqət lideri və Claudia Domit tərəfindən canlandırılan Victoria Neuman da yeni sezonda iştirak edəcək. Sızan məlumatlara görə yeni sezon 8 bölüm olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR