Bakıda daha 6 tələbə zəhərlənib

Bakıda daha 6 tələbə zəhərlənib
09:17 26 Noyabr 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib. Onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: "Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib".

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/805234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR