"Sumqayıt" "Qarabağ"la oynayacaq - FOTOLAR

"Sumqayıt" "Qarabağ"la oynayacaq -   FOTOLAR
19:42 16 Yanvar 2015
126 İdman
Ölkə mətbuatı
A- A+

























Topaz Premyer Liqasının 3-cü və 4-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" bu gün 2 dəfə məşq edib. Fanat.az xəbər verir ki, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqində daha çox topla olan çalışmalara üstünlük verib. Axşam baş tutan məşqdə isə fiziki hazırlıq üzərində çalışıb.


"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu sabah "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək. Matçın start fiti saat 16.00-da çalınacaq.


Qeyd edək ki, "Sumqayıt"ın əvəzediciləri də sabah yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda doğma meydanda "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gələcək. Oyun saat 13.00-da başlayacaq.


Fanat.az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR