DİN vəzifəli şəxsin sürücüsü və xanımının öldüyü hadisə barədə məlumat yaydı

DİN vəzifəli şəxsin sürücüsü və xanımının öldüyü hadisə barədə məlumat yaydı
12:48 26 Noyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi dünən Bakının Qaradağ rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 25-də saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Tovuz rayon sakini Rövşən Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən Əminə Zeynalova hadisə yerində ölüblər.

Qeyd edək ki, qəzaya düşən avtomobil Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun maşını olub və nəqliyyat vasitəsində onun ailə üzvləri olub. Belə ki, 60 AA 002 dövlət nömrə nişanlı “Hunday Tukson” markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalova və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib.

R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR