Tovuz sakini sərxoş olub havaya güllə atdı, saxlanıldı

Tovuz sakini sərxoş olub havaya güllə atdı, saxlanıldı
15:01 26 Noyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Trend:

Tovuz rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi və 3 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Alıyev saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3154374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR