Bu gün “StartupFest 2019” çərçivəsində “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbiri keçirilib - FOTO

Bu gün “StartupFest 2019” çərçivəsində “World E-Commerce Eurasia 2019 Baku Forum” tədbiri keçirilib - FOTO
15:27 26 Noyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün "StartupFest 2019" çərçivəsində "World E-Commerce Eurasia 2019 Baku Forum" tədbiri keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "My Broker" gömrük təmsilçiliyi ilə birgə təşkil edilən beynəlxalq praktik forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startapların marağının artırılması və onlara dəstəyin verilməsidir.

Tədbirdə elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılar və biznes subyektlərinə dünyada son tətbiqlər, trendlər və praktik həllər ilə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib.

Beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunacaq Forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata güclü maraq və təşviq yaradacaq.

"StartupFest 2019"un əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/805393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR