“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək
15:35 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“WhatsApp” messencerinin tərtibatçıları tərəfindən sınaqdan keçirilən yeni funksiya sayəsində istifadəçilərin mesajları bir müddətdən sonra avtomatik silinəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, "mesajların silinməsi" seçimi artıq “Android” sistemi üçün yenilənmiş 2.19.348 beta versiyasında əlçatandır.

 

İstifadəçi mesajların silinmə vaxtını özü müəyyənləşdirə bilər. Aşağıdakı variantlar təklif edilir: saat, gün, həftə, ay və il.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64424-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR