İranda bir həftədə 15 nəfər qripdən ölüb

İranda bir həftədə 15 nəfər qripdən ölüb
17:01 26 Noyabr 2019
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.

Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir.

Qrip nəticəsində ən çox ölüm halları Tehran, Mazandaran və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3154446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR