Baş marşal: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"

Baş marşal: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır"
17:37 26 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır".
"Report" xəbər verir ki, bunu noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin bildirib. 
Aviasiya Baş Marşalı Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.
Aviasiya Baş Marşalı ser S.Piç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/bas-marsal-azerbaycan-nato-nun-etibarli-terefdasidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR