"Bəlkə kubokları dəyişək?" - Qvardioladan Kloppa təklif

"Bəlkə kubokları dəyişək?" - Qvardioladan Kloppa təklif
19:17 26 Noyabr 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

Mançesterdə keçirilən "Futbol Yazarları Dərnəyi 2019" mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tədbirdə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "Liverpul"un çalışdırıcısı Yürgen Kloppla zarafatlaşması diqqət çəkib.

Hər iki mütəxəssisin mükafatlandırdığı mərasimdə ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan Qvardiola Çempionlar Liqasını qazanan həmkarına kubokları dəyişdirməyi təklif edib.

"Yürgen Premyer Liqada çempion olmağı istəyərdi, mən də Çempionlar Liqasını qazanmağı. Bəlkə kuboklarımızı dəyişə bilərik" - deyə Qvardiola Kloppla zarafatlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/805405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR