“Emmy” alan ilk türk aktyor oldu - FOTO

“Emmy” alan ilk türk aktyor oldu - FOTO
19:57 26 Noyabr 2019
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu il 47-ci dəfə təşkil olunan nüfuzlu "Emmy" mükafat mərasimi baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən tədbirə Türkiyənin məşhur aktyoru Haluk Bilginer də qatılıb.

O, "Ay Yapım" istehsalı olan, Puhu TV-də yayımlanan 12 bölümlük "Şahsiyyet" serialındakı roluna görə "Ən yaxşı aktyor" mükafatını qazanıb. Serial ulduzu bununla da "Emmy" alan ilk türk aktyor kimi tarixə düşüb.

Halukun sözügedən nominasiya üzrə rəqibləri İngiltərədən Kristopher Ekkleston (BBC- Come Home), Braziliyadan Rafael Loqam (Barry Company - Impuros) və Almanyadan Yannis Nivyoner (Amazon- Beat) olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR