Modelin qayınatası məşhur brend üçün 16,2 milyard ödəyəcək

Modelin qayınatası məşhur brend üçün 16,2 milyard ödəyəcək
20:17 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Model Natali Vodyanovanın ərinin atası, "Louis Vuitton Moët Hennessy"nin rəhbəri Bernar Arno daha bir yeniliyə imza atmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, biznesmen bu dəfə "Tiffany & Co."nun səhmlərini alacaq. Hər iki tərəf razılıq əldə edib, bircə sənədlərin hazırlanması qalıb.

O, bunun üçün 16,2 milyard dollar ödəyəcək. Sahibkar bildirib ki, şirkət öz fəaliyyətini olduğu kimi davam etdirəcək və ABŞ bazarındakı yerini daha da genişləndirəcək.

Qeyd edək ki, Vodyanovanın qayınatası "Dünyanın ən varlı adamları" siyahısında Bill Qeytsi keçib. "Tiffany"ni aldıqdan sonra isə onun dünyanın ən varlı adamı, "Amazon"un yaradıcısı Ceff Bezosu da keçəcəyi gözlənilir.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR