Tramp kürəkəninə yeni vəzifə verdi

Tramp kürəkəninə yeni vəzifə verdi
20:32 26 Noyabr 2019
113 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisi işinə kürəkəni və müşaviri Cared Kuşneri rəhbər təyin edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp divarın tikintisində heç bir irəliləyiş görmədiyi üçün bu qərarı qəbul etdiyini bildirib. Kuşner mütəmadi iclaslar keçirməli, tikintinin gedişatını izləməli və Trampa məlumat verməlidir.

Prezidentin kürəkəni artıq ilk tapşırığını da verib. O, tikintinin aylıq məsafəsini 48 kilometrdən 56 kilometrədək artırıb. Bu templə divarın tikintisinin 2020-ci ilin sonunadək yekunlaşması planlaşdırılır. Kuşner, həmçinin, ABŞ-ın gömrük və srəhəd xidmətinə də prosesi sürətləndirmək üçün təzyiq göstərməyə başlayıb.

Qeyd edək ki, Cerad Kuşner Donald Trampın qızı İvanka Trampın həyat yoldaşıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/805538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR