Android-i standart Linux nüvəsinə keçiriləcək

Android-i standart Linux nüvəsinə keçiriləcək
23:47 26 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Mobil əməliyyat sistemi olan Android Linux nüvəsinin xüsusi versiyasını istifadə edir və həmin nüvə smartfon istehsalçıları vasitəsilə mütəmadi dəyişikliklərə məruz qalır. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilir. Belə ki, Google təmsilçilərinin sözlərinə əsasən şirkət Android ilə Linux arasındakı fərqi minimuma endirmək istəyir. Bu üsul ilə o, məşhur əməliyyat sistemini daha universal etmək istəyir. Bu barədə Androidpolice saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Linux Plumbers konfransı çərçivəsndə tərtibatçılar bildiriblər ki, Google şirkəti Android-in Linux nüvəsinə maksimal dərəcədə oxşamasında maraqlıdır. Bu üsul ilə hər bir yenilənmə üçün minlərlə dəyişiklikdən imtina edərək müəyyən texniki problemləri aradan qaldırmaq mümkün olacaq. Bundan əlavə olaraq şirkət hal hazırda olduğu kimi 6 il müddətinə sabit Linux nüvəsi dəstəyindən də imtina edə bilər.

Tərtibatçıların sözlərinə əsasən ARM Linux nüvəsinə keçid həmçinin adi istifadəçilər üçün də faydalı olacaq. Belə ki, ARM Linux-a keçid öz növbəsində smartfonun performansına və çalışma müddətinə müsbət təsir göstərəcək. Hal hazırda Google şirkəti mümkün qədər çoxlu sayda Android modifikasiyalarının əsas Linux nüvəsi ilə birləşdirilməsi üzərində çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR