Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürüb

Gürcüstanda iki polis əməkdaşı bir-birini güllələyərək öldürüb
23:57 26 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Tsaqeri rayonunun Lacana kəndində atışma baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, aralarında mübahisə düşən iki polis əməkdaşı bir-birinə atəş açıb.
Nəticədə hər ikisi aldığı güllə yaralarından ölüblər. 
Polis əməkdaşlarını ayırmağa cəhd edən digər bir nəfər isə xəsarət alıb. O, xəstəxənaya aparılıb. 
Şahidlərin sözlərinə görə, silahlı insidentdən öncə mübahisə baş verib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-iki-polis-emekdasi-bir-birini-gulleleyerek-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR