"Yuventus"un futbolçusu qol vurduqdan sonra türkiyəli komanda yoldaşına əsgər salamı verib

"Yuventus"un futbolçusu qol vurduqdan sonra türkiyəli komanda yoldaşına əsgər salamı verib
01:07 27 Noyabr 2019
121 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasındakı Çempionlar Liqasının V tur matçında daha bir maraqlı olay yaşanıb.
"Report"un məlumatına görə, meydan sahiblərinin futbolçusu Paulo Dibala 45+2-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Argentinalı hücumçu ehtiyatda oturan türkiyəli komanda yoldaşı Merih Demiralı salamlayıb. Bu qolla "Yuventus" fasiləyə öndə çıxıb - 1:0.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da "ay-ulduzlular" Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-un-futbolcusu-qol-vurduqdan-sonra-turkiyeli-komanda-yoldasin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR