Öskürəkdən qabırğaları sındı - Çində nadir hadisə

Öskürəkdən qabırğaları sındı - Çində nadir hadisə
09:37 27 Noyabr 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

Çin sakininin güclü öskürək səbəbiylə 10 qabırğası sınıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Çin nəşrinin yazdığına görə, astma xəstəliyindən əziyyət çəkən iyirmi yaşlı bir qız sinə ağrısı səbəbiylə gecə yarısında oyanıb. Özünü pis hiss edən qız tez təcili yardım çağırıb. Həkimlər onu rentgen etdikdə qızın 10 qabırğasının sındığı ortaya çıxıb.

Mütəxəssislərin fikrincə, belə zədələnmək üçün güclü zərbə lazım idi. Lakin xəstənin yalnız öskürəkdən bu hala düşməsi onları təəccübləndirib.
Bu səbəbdən həkimlər qızı daha diqqətli araşdırmağa qərar veriblər. Nəticədə onun D vitamini çatışmazlığı ortaya çıxıb.

Məlum olub ki, çinli qadın günəş şüasından  qorunmaq üçün tez-tez qoruyucu kremlərdən istifadə edir.   Bu cür kremlər ​​ultrabənövşəyi şüaların dəriyə daxil olmasının qarşısını alır və sümükləri çox kövrək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/805597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR