Bakıda pakistanlı sahibkarın əlini dişləyib qarət etdilər

Bakıda pakistanlı sahibkarın əlini dişləyib qarət etdilər
09:43 27 Noyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi sahibkar qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" höstelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.

Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.

Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb qaçıb.

Ali Waqar Basherat həmin şəxslərdən birini yaxalayaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyərək qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərdən birinin Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Əsgərov Hafiz Habil oğlu olduğu müəyyənləşərək saxlanılıb, digər 3 nəfərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3154702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR