.

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb
09:47 27 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+
.

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 26-da paytaxtın Yasamal rayon ərazisində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Elşən Ağayev saat 09:30 radələrində idarə etdiyi qara rəngli “Hyundai Sonata” markalı, Ax 9 CJ 006 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, İnşaatçılar prospekti 2-nin qarşısından naməlum istiqamətə gedib və geri qayıtmayıb.
Daha sonra E.Ağayevin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-30-yasli-kisi-avtomobili-ile-birge-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR