Həyat yoldaşı ilə barışmaq istədiyini deyən məşhur başqa bir xanıma sevgi elan etdi - FOTO

Həyat yoldaşı ilə barışmaq istədiyini deyən məşhur başqa bir xanıma sevgi elan etdi - FOTO
10:58 27 Noyabr 2019
157 Şou
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda qonaq olduğu verilişdə keçmiş həyat yoldaşı ilə barışmaq istədiyini dilə gətirən Qurd ləqəbli reper Fərid Eminov başqa bir xanıma eşq elan edib.

Publika.az xəbər verir ki, reper instaqramda paylaşdığı fotosuna romantik sözlər yazıb:

"Üzünü güldürən varsa, hər yer sənin üçün möcüzələr diyarıdır".

Xatırladaq ki, Qurd açıqlamasında həyat yoldaşından ayrılmağına səbəb kimi xəyanət etməsini göstərmişdi. O, "Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar" , - deyə etiraf etmişdi.

Qeyd edək ki, bundan əvvəl reperin adı duet ortağı müğənni Aysun İsmayılova ilə hallanmışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/297354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR