Dəhşətli hadisə: məşhur oyunçu matçda kor oldu - FOTO

Dəhşətli hadisə: məşhur oyunçu matçda kor oldu - FOTO
11:12 27 Noyabr 2019
99 İdman
Ölkə mətbuatı
A- A+

Otüstü xokkey matçında dəhşətli hadisə baş verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat mərhələsində keçirilən Böyük Britaniya - Malaziya matçında Sem Uard kaeryerasını bitirəcək zədə alıb.

126 dəfə Böyük Britaniya formasını geyinən oyunçunun sol gözünə xokkey topu dəyib. Dərhal xəstəxanaya aparılan oyunçunu əməliyyat etmək üçün həkimlər 10 gün gözləməli olublar. Lakin əməliyyat uğurlu alınmayıb. 

28 yaşlı oyunçunun sol gözünün tamamilə sıradan çıxıdığı məlum olub və bir gözü görmə qabiliyyətini itirib. Ulduz oyunçu gözünü və başındakı tikişlərini fotosunu "Instagram"da paylaşıb. 

Sem Uard başına gələnlərlə bağlı bunları deyib: "Bu müddətdi 3 fərqli həkimin müayinəsindən keçdim. Zədənin çox ağır olduğunu dedilər. Yəni geri dönüşüm sürətli olmayacaq. Amma mən asanlıqla ruhdan düşən insan deyiləm. "Tokio-2020"də yer almaq üçün əlimdən gələn hər şeyi edəcəm. Yenidən beynəlxalş səviyyədə xokkey oynayıb-oynamayacağımı zaman göstərəcək".

İngiltərə mətbuatının məlumatına görə, Sem Uardın vəziyyəti ilə bağlı həkimlər optimist olmasa da, dəqiq nəticəyə gəlmək üçün bir neçə ay zamana ehtiyacın olduğunu bildirirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/805623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR