Bakı bulvarında HƏYƏCAN - 15 yaşlı qız...

Bakı bulvarında HƏYƏCAN - 15 yaşlı qız...
11:33 27 Noyabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə "Bakı Ağ Şəhər Bulvarı" ərazisində özünü dənizə atıb.

Bakı şəhər prokurorluğundan Publika.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR