Bədən temperaturu nədən yüksəlir? (FOTO)

Bədən temperaturu nədən yüksəlir? (FOTO)
11:36 27 Noyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Uşaqlıqdan bəri normal bədən temperaturunun 36,6 dərəcə olduğunu bilirik. Əgər termometrdə bundan daha yüksək bir göstərici olarsa, deməli biz xəstələnmişik. Bədən temperaturunun artması orqanizmdə hər hansı bir problemin baş verdiyinin göstəricisidirmi, bu məsələ həkimlə mütləq müzakirə edilməlidirmi?

Bədən temperaturu nədən yüksəlir? Bir çox insan yüksək temperatur zamanı özünü halsız və taqətsiz hiss edir. Termometr üzərində 37 dərəcədən yüksək rəqəm gördükdə narahatlıq daha da artır. Əslində isə bədənin öz temperaturunu artırmaq qabiliyyəti təbiət tərəfindən verilmiş bir hədiyyədir. Orqanizmin yad cisimlərlə mübarizəsi məhz temperatur sayəsindədir. Virus və ya bakteriyanın bədənə daxil olmasına cavab olaraq bədən temperaturunun yüksəlməsi, immun sisteminin müdaxiləsini sürətləndirən qoruyucu bir reaksiyadır. Yüksək temperatur zamanı immun sistemi daha aktiv şəkildə fəaliyyət göstərir. Temperaturun yüksəlməsi qoruyucu bir reaksiya olduğundan, təşvişə düşməməli və dərhal temperatursalıcı preparatlardan istifadə etməməlisiniz. Belə etdiyiniz təqdirdə immun sisteminin işinə mane olacaqsınız və orqanizmin infeksiyalarla mübarizəsinin qarşısını alacaqsınız.

Temperaturun yüksəlməsinin səbəbləri. İstənilən iltihabi proses - stomatit, tonzillit, pielonefrit, yumurtalıqların iltihabı, hətta diş çürüyü belə, temperaturun artmasına səbəb ola bilər. Bundan əlavə qida zəhərlənməsi zamanı da, qusma və baş ağrısı ilə birlikdə temperatur yüksələ bilər. Müxtəlif endokrinoloji xəstəliklər də, bədən temperaturunun yüksəlməsinə səbəb ola bilər. Bəzən qadınlarda aybaşı zamanı bədən temperaturu arta bilər. Ovulyasiya zamanı temperatur artsa da, sonra normal bədən temperaturu tənzimlənir. Belə vəziyyətlərdə narahat olmaq lazım deyil.

Temperatur necə aşağı salınır? Əvvəla temperatur 38 dərəcəni keçməyibsə narahat olmağınıza və müdaxilə edərək temperaturu salmağınıza ehtiyac yoxdur. Belə vəziyyətlərdə yataq rejiminə əməl etməniz və bol maye qəbul etməyiniz tövsiyə olunur. Əgər temperatur 38 dərəcədən yüksəkdirsə bu zaman müdaxilə etməyiniz vacibdir, çünki hər insan üçün təhlükəli bədən temperaturu fərqlidir. Əgər uşaqlarda temperatur yüksəlibsə, o zaman gözləmədən temperaturu aşağı salmaq lazımdır. Civə sütunu 38 dərəcəyə çatarsa bu zaman həkimə müraciət etmək, xəstəni müayinə etdirmək və temperaturun səbəbini tapmaq lazımdır.

Xəstənin vəziyyətini dərmansız yüngülləşdirmək üçün alına soyuq kompress qoya və bədəni ilıq su ilə ova bilərsiniz. Uşaq xəstə olarkən, araq-sirkə sürtmək məsləhət deyildir. Çünki kəskin qoxu tənəffüs yollarının spazmına səbəb ola bilər, bundan əlavə məhlulun komponentləri dəri vasitəsilə sorulduğundan intoksikasiyanı artırır. Yun corabları isti su ilə isladıb ayağa geyindirə bilərsiniz. Bu zaman corab quruduqca bədən istiliyi əhəmiyyətli dərəcədə aşağı düşəcəkdir. Minerallaşma faizi az olan qələvi mineral su və adi qaynadılmış su qəbul etmək lazımdır. Zoğal, qarağat, mərcangilə və çaytikanı şirələri, bədən temperaturunun aşağı salınmasında əvəzedilməz vasitələrdir.

Temperaturu salmaq həmişə asan olmur və bəzən bunu tez həyata keçirmək lazım gəlir. Bu halda ibuprofen və parasetamol (asetaminofen) - iki məhşur antipiretik preparatı kombinə etmək kifayətdir. Bu iki preparat çox yaxşı qarşılıqlı təsirə malikdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3154800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR