Türkiyədən NATO-ya ŞOK: bütün planları rədd edildi, həmin ana qədər...

Türkiyədən NATO-ya ŞOK: bütün planları rədd edildi, həmin ana qədər...
12:53 27 Noyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı apardığı “Barış pınarı” əməliyyatına NATO-nun kifayət qədər siyasi dəstək vermədiyi üçün, alyansın Baltik ölkələri və Polşa ilə bağlı müdafiə planlarına mane olub.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Röyters” xəbər agentliyi NATO-dakı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Türkiyə NATO-nun planlarını anti-terror əməliyyatına kifayət qədər dəstək gələnə qədər rədd edəcək.

Xəbərdə Türkiyənin NATO-dakı nümayəndəsinə ittifaqın YPG-ni terrorçu qruplaşma kimi tanımasına qədər sözügedən müdafiə planlarını imzalamaması, xüsusi və rəsmi görüşlərdə bu məsələ haqqında qəti mövqe sərgiləməsinə dair təlimat verildiyi yazılıb.

NATO ölkələri Baltik bölgəsi və Polşaya ehtimal edilən Rusiya hücumuna qarşı müdafiəni təmin etmək məqsədilə hərbi planını həyata keçirmək istəyir. Alyans Türkiyə olmadan bu planın baş tutmasının çətin olacağını da bilir. Türkiyənin planı rədd etməsini isə şərqi avropalıları əısir götürməsi kimi dəyərləndirir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/297374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR