Avropadakı dəhşətli zəlzələlər Azərbaycanda da BAŞ VERƏ BİLƏRMİ? - AÇIQLAMA

Avropadakı dəhşətli zəlzələlər Azərbaycanda da BAŞ VERƏ BİLƏRMİ? - AÇIQLAMA
13:28 27 Noyabr 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür ki, dünyanın müxtəlif ərazilərində güclü zəlzələlər qeydə alınır.

Təkcə dünən Albaniyanın paytaxtı Tirana ətrafında baş verən zəlzələ nəticəsində 23 nəfər ölüb. Yeraltı təkanlar nəticəsində 659 nəfər xəsarət alıb. Bu gün isə yerli vaxtla saat 09:23-də Krit adası sahillərində 5,9 ballıq zəlzələ olub. Təkan Türkiyə, Misir, Yunanıstan, İtaliya və Liviyada hiss olunub.

Azərbaycan da seysmik zonada yerləşir və ən aktiv zəlzələ zonaları Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.

Belə olan halda Avropada baş verən zəlzələlərin ölkəmizə təsiri ola bilərmi?

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda seysmiklik səviyyəsinin mövcud vəziyyəti barədə Publika.az-a açıqlamasında bildirdi ki, Avropada baş verən zəlzələlərin bölgəyə təsiri yoxdur:

"Quruluş cəhətdən demək olar ki, Avropadakı zəlzələlərin bizə aidiyyəti yoxdur. Yəni Avropada ardıcıl baş verən zəlzələlərin Azərbaycanın seysmik bölgələrinə heç bir təsiri ola bilməz. Bizim ərazidə seysmiklik fon səviyyəsindədir. Hər gün xırda təkanlar olur. Onlar da çox hiss olunmayanlardır. Bu yaxınlarda təkcə Lerik-Lənkəranda zəif hiss olunub. Yəni elə də böyük bir gücə malik deyil ki, fəsadlar törətsin. Respublika ərazisində seysmiklik fon səviyyəsində olduğundan, dağıdıcı fəlakət törətmə ehtimalı yoxdur".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/297315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR