İlin ən yaxşı məşqçisi bilindi

İlin ən yaxşı məşqçisi bilindi
13:32 27 Noyabr 2019
118 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı klub məşqçilərinin siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu ilin ən yaxşı klub məşqçisi "Liverpul"un çalışdırıcısı Yurgen Klopp seçilib.

Almaniyalı mütəxəssis 369 xalla birinci olub. İkinci pillənin İngiltərənin digər təmsilçisi "Mançester Siti"də çalışan Pep Qvardiola tutub - 100 xal. İlk üçlüyü Hollandiyanın "Ayaks" klubunun baş məşqçisi Erik Ten Haaq tamamlayır - 82 xal.

Qeyd edək ki, Kloppun çalışdırdığı Liverpool 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/805665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR