Sözçü: "Prezidentin tapşırığı ilə Baş Nazir sürüşmə zonasına baxış keçirib"

Sözçü: "Prezidentin tapşırığı ilə Baş Nazir sürüşmə zonasına baxış keçirib"
15:17 27 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əlivevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasında baxış keçiriblər". 
"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
"Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək", - deyə İ.Məmmədov vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bas-nazir-bibiheybetdeki-surusme-zonasinda-baxis-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR