Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi əmək qabiliyyətlidir

Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi əmək qabiliyyətlidir
15:37 27 Noyabr 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi real olaraq məşğul sayılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

Onun sözlərinə görə, 620 minə yaxın əlilliyi olan şəxsin 350 mini əmək qabiliyyətlidir ki, onların da təqribən 60 mini məşğuldur.

Əhalinin həssas qrupları ilə iş aparmağı çox vacib sayan E.Süleymanov əlavə edib ki, hazırda ölkə üzrə 40 minə qədər vətəndaş məşğulluq layihələrində iştirak etmək üçün növbədədir: "Prezidentin tapşırığına uyğun olaraq gələn il bu proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu layihənin genişləndirilməsi üçün Dünya Bankının krediti cəlb edilir. Yaxın vaxtlarda iştirakçıların sayını 15 minə qədər artıracağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/805707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR