“Qızıl oğlan” mükafatının sahibi bəlli olub

“Qızıl oğlan” mükafatının sahibi bəlli olub
15:42 27 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatının sahibi bəlli olub.
"Report"un məlumatına görə, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafata İspaniya "Atletiko"sunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.
20 yaşlı hücumçu 332 səslə bütün rəqiblərini geridə qoyub. Almaniya "Borussiya"sında formasını geyinən ingiltərəli Ceydon Sanço (175 səs) ikinci, Almaniya "Bayer"indən Kay Haverts 75 səslə üçüncü olub.
Qeyd edək ki, səsvermənin qalibini Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qizil-oglan-mukafatinin-sahibi-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR