KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib - FOTO

KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib -  FOTO
17:17 27 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Noyabrın 22-də Bakı Bulvar Otelində "Beynəlxalq Pərakəndə Sərgi" öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu dəfə də iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin bazarlara çıxışının genişləndirilməsi üçün KOB-ların sərgidə iştirakına dəstək göstərib.

Milli.Az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, sərginin KOB-lar üçün ayrılmış xüsusi stendində "Paşa Holdinq"in dəstəyi ilə qazlı sular, bal, şirniyyat məhsulları, divar və fasad boyaları, milli kəlağayılar, İT texnologiyalar və s. nümayiş olunur. Belə sərgilərdə mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakı onların bazarlara çıxışı və satış imkanlarının genişləndirilməsi ilə yanaşı, KOB-ların məhsul və xidmətlərinin, yeni brendlərin daha geniş auditoriyaya təqdim olunması, mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlığın qurulması baxımından da faydalıdır.

"FA International Trade Events" MMC-nin təşkilatçılığı ilə 21-23 noyabr tarixlərində "Beynəlxalq Pərakəndə Konqres"i çərçivəsində keçirilən Sərgidə yerli və xarici şirkətlər iştirak edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/805773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR