Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur

Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur
17:43 27 Noyabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva -Trend:

Mərdəkanın altmərkəz kimi nəzərdə tutulması tamamilə zəruridir. Sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır. Hamımız bilirik ki, Mərdəkan istirahət zonasıdır.

Trend-in məlumatına görə, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib.

Onun sözlərinə görə, Mərdəkan məhz istirahət zonası kimi qalmalıdır: "Mərdəkanın turizmin inkişafı, yaşıllıq, istirahət yeri kimi çox böyük potensialı var. Ona görə bu məsələyə bir daha baxılmasını xahiş edirik. Səsləndirdiyim fikirlər təkcə mənim yox, həm də universitetimizin bir sıra mütəxəssislərinin fikridir".

G.Məmmədova əlavə edib ki, Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur: "Şəhərin mərkəzindəki ali təhsil müəssisələrinin transport problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur. Amma bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3155136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR