2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 70-dən çox nəşr işıq üzü görüb

19:52 16 Yanvar 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 19:44 ]


Bakı. Cavid Zeynallı – APA. “Milli mədəniyyətin təbliği, dünya ədəbiyyatından nümunələrin oxuculara çatdırılması, uşaq, musiqi və incəsənət məktəblərinin tələbatının ödənilməsi məqsədilə ümumilikdə 70 addan çox zəruri nəşr nazirliyin dəstəyi ilə işıq üzü görüb, ölkə kitabxanalarına paylanılıb, beynəlxalq kitab sərgilərində nümayiş etdirilib”.

 

Bunu APA-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

 

Şöbədən əlavə ediblər ki, nazirliyin tabeliyində olan dövlət kitabxana fondunu zənginləşdirmək, nəşriyyatların və müəlliflərin fəaliyyətini stimullaşdırmaq məqsədilə növbəti dəfə daxil olmuş müraciətlərə və müvafiq komissiyanın seçiminə əsasən 309 adda 6735 nüsxə nəşr məhsulunun alışı həyata keçirilib: “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması işi uğurla davam etdirilir. Kitabxanaya 1000-dən çox kitab yerləşdirilib. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsinə 34 923 nəfər oxucu üzv olub və ümumilikdə oxucuların sayı 75 526 nəfərə çatıb. İl ərzində davamiyyət 177 511 nəfər, kitab verilişi isə 874 947 nüsxə olub. Virtual oxucuların (sayt və elektron kitabxanadan istifadə edənlər) sayı 647 405 nəfərə çatıb”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR