Avropa Şurasına sədrlik Gürcüstana keçib

Avropa Şurasına sədrlik Gürcüstana keçib
20:27 27 Noyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan sədrliyi Fransadan təhvil alıb.
Strasburqda Fransanın Avropa məsələləri üzrə dövlət katibi Ameli de Monşalen Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə simvolik açarı təqdim edib.
D.Zalkaliani AŞ-nin Nazirlər Komitəsində çıxış edərək Gürcüstanın təşkilata sədrliyi dövründə prioritetlərini açıqlayıb.
Qonşu ölkə sədrlik üçün dörd əsas prioritet müəyyən edib. Bunlara insan haqları və ətraf mühitin mühafizəsi, qərar qəbuletmədə vətəndaş iştirakı, ədalət, təhsil və demokratiyanın gücləndirilməsi daxildir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/avropa-surasina-sedrlik-gurcustana-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR