İranda öldürülənlərin meyitləri gizlədilir, dəfn mərasimlərinə icazə verilmir - FOTO

İranda öldürülənlərin meyitləri gizlədilir, dəfn mərasimlərinə icazə verilmir - FOTO
20:57 27 Noyabr 2019
164 Dünya
Ölkə mətbuatı
A- A+

İran  hakimiyyəti yanacağın bahalanmasına etiraz edənlərə qarşı repressiv addımların miqyasını qəsdən gizlədir. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı yeni hesabatında deyir.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, noyabrın 15-dən başlanan etirazlarda 140-dan artıq adamın öldürüldüyü, 7 minədək şəxsin saxlandığı xəbər verilir. Məlumatı insan haqları qrupları və iranlı deputat verib. Bəzi məlumatlara görə, öldürülənlərin sayı hətta 200-ü keçib.

HRW noyabrın 27-də "İran: Qəddar divantutmanın bilərəkdən ört-basdır olunması" adlı hesabat açıqlayıb. Təşkilat bildirir ki, etirazların yatırdılmasından iki həftəyədək vaxt keçir, ancaq rəsmi orqanlar hələ də iğtişaşlarla bağlı ölü sayını açıqlamayıblar.

Etirazlar hökumətin yanacağın qiymətini kəskin qaldırmasına qarşı başlanmışdı.Nyu-Yorkda mənzillənən təşkilat İran hökumətini "son etirazlarla bağlı ölü, həbs sayını açıqlamağa, iddia olunan pozuntuların müstəqil araşdırılmasına icazə verməyə" çağırır.

Hesabatda deyilir ki, hakimiyyət etirazlara nümayişçiləri "qiyamçılar" adlandırmaqla reaksiya verib, onları ölüm cəzasıyla hədələyib. "Sosial mediada yayılmış videoda aydın şəkildə təhlükəsizlik qüvvələrinin etirazçıları odlu silahla hədəfə aldığı görünür", hesabatda deyilir. Sosial mediada yayılan məlumatlara görə, "yaxınlarının cəsədlərini götürməsinə" qohumlara və ailə üzvlərinə icazə verilməyib, onların "dəfn mərasimlərini təşkil etməsi məhdudlaşdırılıb", -insan haqları təşkilatı bildirir.

 "İranda etirazların başlanmasından 12 gün keçir, ancaq hakimiyyət hələ də dəqiq ölü sayını açıqlamayıb, əvəzində saxlananları ölümlə hədələyib", - Human Rights Watch-un Yaxın Şərq üzrə direktoru Maykl Peyc  deyib.

Onun sözlərinə görə, ailələrə əzizlərinin taleyi barədə informasiya verməməklə yanaşı qorxu və qisas mühitini gücləndirmək hökumətin narazıları susdurma strategiyasıdır.

İranda deputat, parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Hüseyn Nəhavi Hüseyni  7 mindən artıq etirazçının saxlandığını bildirir. HRW bunu irimiqyaslı divantutmanın əlaməti hesab edir. Hesabatda İran hakimiyyətinin noyabrın ortasında internetə kəsdiyi, etirazçıların kənar dünya ilə əlaqəsini önlədiyini qeyd edir.

HRW İran hökumətinə xəbərdarlıq edir ki, Tehranın da üzv olduğu beynəlxalq insan haqları qanunvericiliyi ifadə və sərbəst toplaşma azadlığını təmin edir. "Öldürücü gücdən bilərəkdən istifadəyə yalnız həyatı qorumaq gərəkdiyində istifadəyə icazə verilir", - təşkilat bildirir.

İnsan haqları təşkilatı İranı təhlükəsizlik qüvvələrinin adamları öldürmək, yaxud yaralamaq üçün odlu silaha əl atdığı insidentləri dərhal araşdırmağa çağırır. İran hakimiyyətinə həm də çağırış olunur ki, ailələrə saxlanmış yaxınları haqda informasiya verilsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/805802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR