Fikrət Sadıqov: Rusiya Baş Qərargah rəisi və NATO Hərbi Komitə sədrinin Bakıdakı görüşü Azərbaycanın regionda və dünyada imicini artıracaq

Fikrət Sadıqov: Rusiya Baş Qərargah rəisi və NATO Hərbi Komitə sədrinin Bakıdakı görüşü Azərbaycanın regionda və dünyada imicini artıracaq
21:01 27 Noyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Əlihüseyn Qulu-zadə - Trend:

Bu qədər dövlətin Azərbaycan paytaxtını seçməsi ölkəmizə olan etimadı göstərir.

Bunu Trend-ə azərbaycanlı politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piç arasında görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür yüksək səviyyəli görüşlər birinci dəfə deyil ki, keçirilir:

“Şübhəsiz ki, Bakıda bu cür yüksək səviyyədə, həmçinin demək olar ki, qarşıdurma vəziyyətində olan iki tərəfin görüşü ölkəmizin əhəmiyyətini göstərir. Bu ölkələrin rəhbərlikləri başa düşür ki, Azərbaycanda sabit vəziyyət yaradılıb və bütün təhlükəsizlik məsələləri təmin olunub. Ona görə də bu cür görüşlərin Azərbaycan ərazisində keçirilməsi Rusiya və ABŞ-ın maraqlarına cavab verir. Əgər əvvəllər bu cür görüşlərin üçün neytral ərazi olaraq İsveçrə seçilirdisə, indi Bakı belə görüşərin keçirildiyi məkana çevrilib. Bunda ölkəmizin əməyi böyükdür”.

Ekspert bildirib ki, Bakıda uzun müddətdir ki, siyasi, hərbi-siyasi və digər mövzuda görüşlər keçirilir və bu tendensiya gələcəkdə də davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/commentary/3155016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR