Azərbaycan millisinin hücumçusu zədəsini sağaldıb

Azərbaycan millisinin hücumçusu zədəsini sağaldıb
09:57 28 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın III liqasında "Proyssen" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu artıq dünəndən etibarən məşqlərə start verib.
Oyunçunun növbəti tur "Valdxor"la matçda meydanda ola biləcəyi ehtimal olunur. Dadaşov açıqlamasında həmin qarşılaşmada komandasına kömək etmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Rüfət Dadaşov zədə səbəbindən AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə qarşılaşmalardan kənarda qalıb. Noyabrın 30-da keçiriləcək "Proyssen" - "Valdxor" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-hucumcusu-zedesini-sagaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR