ADA Universitetində tələbələrlə görüş

ADA Universitetində tələbələrlə görüş
11:29 28 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

25 noyabr 2019-cu il tarixində PAŞA Bankın bir qrup işçi heyəti Bankın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru başda olmaqla ADA Universitetinin tələbələri ilə interaktiv görüş keçirib.

Görüş zamanı Bankın Baş icraçı direktoru Taleh Kazımovun "Gələcəyi birlikdə formalaşdıraq" mövzusu ətrafında ruhlandırıcı nitqi tələbələrin böyük marağına səbəb oldu. T. Kazımov həmçinin tələbələrin çoxsaylı suallarını cavablandırdı. Ən maraqlı sualları təqdim edən tələbələr Bankın İdarə Heyətinin sədri və üzvləri ilə mentorluq görüşlərinə dəvət olundu.

Bununla yanaşı, tədbirdə Bankın İnsan Resursları departamentinin direktoru Pərviz Tahirov departamentin "Fərqi bizimlə yarat!" konsepsiyası üzərində qurulmuş yeni strategiyası barədə danışdı.

Görüşdə Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova keçmişdə ADA məzunları olan və hal-hazırda Bankda çalışan bir qrup əməkdaşlar ilə birlikdə tələbələr üçün panel sessiya keçirdi. Sessiya zamanı Bankın əməkdaşları görüş iştirakçıları ilə öz təcrübələrini paylaşdı, işlərində ən çox hansı biliklərin lazım olduğu barədə danışdılar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3155403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR