Bakıda yük avtomobilinin banında meyit tapılıb

Bakıda yük avtomobilinin banında meyit tapılıb
12:01 28 Noyabr 2019
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3155416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR