İranda 8 agent saxlanıldı

İranda 8 agent saxlanıldı
12:13 28 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

İranda benzinin bahalaşması ilə bağlı başlayan etiraz aksiyaları zamanı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 6-sı MKİ-nin təlimatlarını həyata keçirib, 2 nəfər isə xarici ölkələrə məlumat sızdırıb.

Jurnalist adı altında fəaliyyət göstərən şəxslərin MKİ-dən maliyyə dəstəyi aldığı da iddia olunub.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İranda 15 noyabrdan bəri başlayan etiraz aksiyalarında 143 nəfərin öldüyünü açıqlayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/297472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR