Pakistanda baş vermiş partlayış nəticəsində azı 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb

Pakistanda baş vermiş partlayış nəticəsində azı 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb
23:52 24 Dekabr 2014
87 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Dekabr 2014 22:20 ]

Bakı – APA. Pakistanın Kvetta şəhərində baş vermiş partlayış nəticəsində azı 4 nəfər həlak olub, 29 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Partlayıcı qurğu ərzaq mağazasının yanında saxlanılan motosikletdə quraşdırılıb. Partlayışın gücündən yaxınlıqdakı bir neçə tikili dağılıb. Hadisəyə görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR