Miroslav Layçak: Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək

Miroslav Layçak: Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək
13:43 28 Noyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Slovakiya Səfirliyinin açılması Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak səfirliyin açılışı zamanı deyib.

O, iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə daha intensiv əməkdaşlıq gözlədiyini deyib:

“Səfirliyin açılışı Azərbaycanla münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Biz Azərbaycanın potensialını bilirdik, ona görə də burada nümayəndəlik açmaq qərarı verdik. Əməkdaşlıq üçün infrastruktur, dəmir yolu, turizm kimi bir çox sahələr mövcuddur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3155513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR